Masallıda sərbəst güləş üzrə açıq rayon birinciliyi
7-8 fevral tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azər” İdman klubunda “26 fevral-Xocalı soyqrımı” na həsr olunmuş yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.

150 nəfərin iştirakı ilə, 12 çəki dərəcəsində keçirilən birincilikdə Masallı idmançıları ilə yanaşı Lənkəran və Astara rayonlarından olan idmançılar da öz güclərini sınayıbar.

2 gün davam edən yarışda qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 1000 dəfə oxundu.