“Xəzər Open “ beynəlxalq şahmat festivalı
Bu gün İranın Rəşt şəhərində 13-cü beynəlxalq “Xəzər Open” şahmat festivalı start götürəcəkdir.Ümumilikdə Festivalda 15 ölkədən 321 zəka sahibi öz qüvvəsini sınayacaqdır.Yarış bir neçə - A ,B ,C və D qrupları üzrə keçirilir. Ölkəmizi bu turnirdə müxtəlif qruplarda 60 şahmatçı təmsil edəcək.

A turnirində həmyerlilərimiz Azər Mirzəyev,Misrətdin İsgəndərov və Nərmin Kazımova da daxil olmaqla 15 beynəlxalq qrossmeyster,14 beynəlxalq usta,4 FİDE ustası olmaqla ümumilikdə 76 şahmatçı qələbə uğurunda mübarizə aparacaqlar.Yarış isveçrə sistemi üzrə 9 turdan ibarət keçiriləcəkdir.

Xəbər 849 dəfə oxundu.