Gənclər gününə həsr olunmuş şəhər birinciliyinə yekun vurulub
Cari ilin 27-28 yanvar tarixlərində sərbəst, 29-30 yanvar tarixlərində isə yunan-roma güləşi üzrə “Alüminumçu” idman evində 2 Fevral gənclər gününə həsr olunmuş gənclər arasında şəhər birinciliyinə yekun vurulub. Yarışlarda şəhərin 100-ə yaxın güləşçisi qalib adı uğrunda mübarizə apaıblar.

Birincilikdə Elşən Təhməzov (50kq), Kənan Agamalıyev (55kq), Pərviz Musayev (60kq), Fəqan Əzizov (66kq), Tural Əhmədli (74kq), Ənvər Xəlilov (84kq), Ceyhun Babayev (96kq) və Fuad Şahverənov (120kq) sərbəst güləş üzrə, Sənan Hacızadə (50kq), Nofəl Babayev (55kq), Azər Nəsibli (60kq), Əhədli Elsevər (66kq), Rəhman Alllahverdiyev (74kq), Bəhruz Həziyev (84kq), Elmədin Əsədov (96kq) və Kamran Bədəlov (120kq) isə yunan-roma güləşi üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif ediliblər.

Xəbər 1043 dəfə oxundu.