Şahmat üzrə blits turniri keçirilib
Yanvarın 30-da 2 fevral “gənclər günü” münasibəti ilə 8-10, 12-14, 16-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə blits turniri keçirilib.

Zərdab şəhəri şahmat dama klubunda 5 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclər gününü qeyd etmək, şahmat idman növünü inkişaf etdirmək, dərəcəli idmançıları aşkar etmək olub.

Sonda birinci yerə Talıbxan Talıbxanlı, ikinciyə Ziya Həmidli, üçüncüyə İsa Xəlilzadə layiq görülüb.

Xəbər 978 dəfə oxundu.