Astarada sərhədçi zabit və əsgərlərlə görüş keçirilib
Fevralın 2-də Astara Rayon Gənclər və İdman İdarəsi, Rayon Mədəniyyət və Turizm Şöbəsi, Astara Sərhəd Komendantlığı ilə birgə gənclər gününə həsr olunmuş “Vətən sərhəddən başlayır” devizi ilə Dövlət Sərhəd Xidməti Lənkəran Dəstəsinin Astara Sərhəd Komendantlığının “N” saylı sərhəd zastavasında sərhədçi zabit və əsgərlərlə görüş keçirilib.

90 nəfərin iştirakı ilə keçirilən tədbirdə 2 fevral Azərbaycan gənclər günü münasibəti ilə Dövlət Sərhədlərinin etibarlı mühafisəsində, ictimai hazırlıqda müsbət nəticələr əldə etdiyinə görə 17 nəfər sərhədçi Astara RGİİ-nin fəxrə fərmanları və hədiyyələr ilə təltif olunub.

Xəbər 934 dəfə oxundu.