Zərdabda rayon birinciliyi keçirilib
1-2 fevral tarixlərində 2 fevral “Gənclər günü” münasibəti ilə uşaq, yeniyetmə və gənclər arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri bölmənin idman zalında nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, gənclər gününü qeyd etmək və rayonda idmanın taekvondo növünü inkişaf etdirmək olub.

Sonda oğlanlar arasında İbrahim Şirinov (25 kq), İlkin Əlizadə (30 kq), Şəmil Xəlilzadə (35 kq), Fərid Salmanov (40 kq), Ramil Qurbanov (45 kq); qızlar arasında Səmərrux Osmanova (25 kq), Fidan Babayeva (45 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 806 dəfə oxundu.