Rəşad Abdullayevdən yubiley qolu
Azərbaycan Premyer Liqasının XX turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında özünün 50-ci qolunu vurub.

“Qəbələ” ilə səfər oyununda komandasına qələbə qazandıran (1:0) qolu penaltidən vuran yarımmüdafiəçi bu qarşılaşmayadək iştirakçısı olduğu 325 görüşdə 49 dəfə fərqlənib. Mövsümdəki 5-ci qol isə ümumilikdə 50-ci olub.

İlk qolunu 2000-ci il aprelin 16-da “Xəzər Universiteti” – “ANS-Pivani” matçının (1:0) 33-cü dəqiqəsində vuran Abdullayev 5 komandanın heyətində fərqlənib. Hazırda “İnter” adlanan “Xəzər Universiteti” və “Xəzər Lənkəran”ın hərəsində 12, “Neftçi”də 16, “Qəbələ” və AZAL-ın hərəsində 5 dəfə rəqib qapılarına yol tapıb. 50 və daha çox qol vuran digər oyunçular isə ya karyerasını bitirib, ya da çempionatda çıxış etmir.

R.Abdullayev Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 33-cü oyunçudur. O, hazırda Premyer Liqada çıxış edən oyunçular arasında 100-ü yarılayan yeganə futbolçudur.

Xəbər 919 dəfə oxundu.