Qadın şahmatçıların çempionatında 2 lider var
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 12 şahmatçı iştirak edir. İdman.com.az saytı xəbər verir ki, dairəvi sistemlə keçirilən yarışın altı turundan sonra hərəyə 5 xal toplamış beynəlxalq ustalar Gülnar Məmmədova və Xəyalə İsgəndərova liderdirlər. Qrossmeyster Türkan Məmmədyarova onlardan yarım xal geri qalır.

7-ci turda Günay Məmmədzadə - Səhər Hüseynova, Zeynəb Məmmədyarova - Səbinə Quliyeva, Aydan Höccətova - Xəyalə İsgəndərova, Xəyalə Abdulla - Nərgiz Ümüdova, Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova, Nərmin Kazımova - Türkan Məmmədyarova görüşləri baş tutacaq.

Xəbər 983 dəfə oxundu.