İki boksçumuz qələbə ilə başladı | |
Macarıstanın Debrersen şəhərində İştvan Başkainin xatirəsinə həsr olumuş ənənvi boks turnirinə start verilib. Turnirdə Azərbaycan milli komandasının üzvləri də mübarizə aparır. Yarışın ilk günündə 3 boksçumuz rinqə çıxıb və hər üç həmyerlimiz yerli idmançılarıa qarşılaşıb. 60 kq çəki dərəcəsində çıxış edən ölkə çempionu Elvin İsayev Krizstian Sinko ilə döyüşdən qalib ayrılıb – 3:0. 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da yarışa qələbə ilə başlayıb. Gənclər arasında Avropa çempionu ilk görüşdə İmre Buqyiki məğlub edib – 2:1. Fərid Ağamoğlanov (56 kq) isə yarışla erkən vidalaşıb. Boksçumuz Viktor Qaloşa uduzub – 0:3. Qeyd edək ki, adı çəkilən boksçulardan başqa yarışda Salman Əlizadə (49 kq), Məsud Yusifzadə (52 kq), Elnur Əliyev (64 kq) və Xaybulla Musalov (75 kq) da mübarizə aparır. |
|
Xəbər 1017 dəfə oxundu. |
|
|