Bu gün 2 qrossmeysterimiz mübarizəyə başlayır
Bu gün Niderlandın Veyk-an-Zeye şəhərində ənənəvi yanvar festivalı start götürəcək. İdman.com.az saytının məlumatına görə, tədbirin əsas hadisəsi bir çox aparıcı qrossmeysterin iştirakı ilə dairəvi superturnirdir. “Tata Steel Chess” festivalı 29-dək davam edəcəkdir. Başlıca yarış sayılan “A”, habelə “B” və “C” turnirləri 14 iştirakçı ilə dairəvi sistem üzrə keçiriləcək.

Ən güclülərin yer aldığı qrupda Azərbaycan qrossmeysterləri Vüqar Həşimov və Teymur Rəcəbovla yanaşı, Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Veselin Topalov (Bolqarıstan), Sergey Karyakin (Rusiya), Vasili İvançuk (Ukrayna), Xikaru Nakamura, Qata Kamski (ABŞ), Boris Gelfand (İsrail), Fabiano Karuana (İtaliya), David Navara (Çexiya), Aniş Giri və Lyuk Van Veli (Hollandiya) iştirak edirlər.
İndiki turnirin əsas qrupunda yeganə debütant Vüqar Həşimovdur. Turnirin dairəvi sistem üzrə 15 şahmatçının iştirakı ilə keçirilmə qaydası 1996-cı ildən dəyişməz qalır.

Xəbər 936 dəfə oxundu.