Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərə Premyer Liqa klublarından olan "Kvins Park Reyncers"in (QPR) yeni baş məşqçisi müəyyənləşib.

Komandanı Les Ferdinand çalışdıracaq.

O, səhhətindəki problem səbəbindən baş məşqçi vəzifəsindən istefa verən Hari Rednapı əvəzləyib. Rednapın ardından köməkçiləri Qlen Hoddl və Joe Yordan da komandadan ayrılıb.

Qeyd edək ki, QPR Premyer Liqada geridə qalan 23 turdan sonra 19 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb

Xəbər 750 dəfə oxundu.