Atletiko daha bir türk futbolçunu almaq istəyir
Arda Turanın Atletikodan gedişi ilə bağlı xəbərlər artmaqdadır. İspaniya mətbuatının məlumatına görə Ardanın gedişindən sonra Madrid təmsilçisində daha bir türk futbolçu peyda ola bilər. Klubun əsas hədəfi Fənərbağçalı Alper Potukdur. 23 yaşlı yarımmüdafiəçi yayda Atletiko tərəfindən transfer edilə bilər. Xatırladaq ki, Alper Potuk karyerasına 2008-2009 mövsümündə Eskişehirsporda başlayıb.

Xəbər 777 dəfə oxundu.