"Rabitə"nin CEV kubokunda ilk oyununun vaxtı bilindi | |
Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup sonuncu olaraq mübarizəni "CEV Kuboku"nda davam etdirən "Rabitə"nin bu turnirdə ilk oyununun tarixi bəlli olub. Komandamız yarışmanın "Çelenc raundu"nda Fransanın "Beziers" klubu ilə martın 3-də qarşılaşacaq. Səfərdə baş tutacaq görüş Bakı vaxtıyla saat 23:00-da start götürəcək. Oyunu italyan Omero Satanassi və ispan Xuan Antonio Alvarez idarə edəcəklər. Qeyd edək ki, cütün Bakıda keçiriləcək cavab qarşılaşmasının tarixi hələ məlum deyil. CEV Kuboku 1/4 final 3 mart 23:00 "Beziers" - "Rabitə" |
|
Xəbər 894 dəfə oxundu. |
|
|