"Simurq" "Neftçi" ilə oyuna itki ilə hazırlaşır
Premyer Liqamızın növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq", hazırlıqlara başlayıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən gün səhər saatlarında məşqə çıxan komanda fevralın 5-də paytaxta gələcək və son çalışmasın qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da edəcək.

Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak eləmir. Ayağında ağrılar hiss edən müdafiəçi müalicəsi davam edir.


Qeyd edək ki, fevralın 6-da keçiriləcək "Neftçi" - "Simurq" oyunu saat 16:00-da start götürəcək.

Xəbər 884 dəfə oxundu.