“Xəzər Lənkəran” belaruslu legionerləri bəyənmədi
“Xəzər Lənkəran”a baxışa gətirdiyi legionerlər haqda qərar verib. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, baxışa çağırılan belaruslu futbolçular - qapıçı Anton Kovalevski ilə yarımmüdafiəçi Maksim Karpoviçin xidmətində maraqlı deyillər:

“Onları sınadıq və bizə lazım olmadılar. Hər 2 belaruslu futbolçunu geri qaytaracağıq. Komandamızın düşərgəsində olan gənc yerli futbolçulardan yalnız Akif Tağıyevlə ilkin anlaşma əldə etmişik. Digərləri ilə bağlı yekun qərar verilməyib. Bu məsələləri komandamız Antalyaya təlim-məşq toplanışına yollananadək aydınlaşdıracağıq”.

“Xəzər Lənkəran” yanvarın 16-da Türkiyəyə təlim-məşq toplanışına yollanaraq, fevralın 3-də Vətənə dönəcək.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü olan belaruslulardan Kovalevski vətənində Jodinonun “Torpedo”, Karpoviç “Naftan” klubundan gəlib.

Xəbər 964 dəfə oxundu.