"Şəmkir" üçün yeni baza tikiləcək
Azərbaycan 1-ci divizionunda çıxış edən "Şəmkir"in yeni bazası olacaq. Vaxtilə ölkə çempionu olmuş komanda ev oyunlarını yenə də Şəmkir İdman-Olimpiya Kompleksinin stadionunda keçirəcək.

Lakin klubdan verilən məlumata görə, Şəmkir icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov stadionun vəziyyətini yaxşılaşdırmaq, komandaya sponsor tapmaq və yeni baza tikmək istəyir. Yeni bazada məşq meydançalarının da olacağı bildirilir.

Xəbər 849 dəfə oxundu.