"Sumqayıt" "Rəvan"la yoxlama görüşü keçirəcək
Topaz Premyer Liqasının 3-cü dövrəsinə "İnter"lə heç-heçə (0:0) ilə başlayan "Sumqayıt" 20-ci turda istirahət edəcək. Bu səbəbdən Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib.

Belə ki, "Sumqayıt" "Rəvan"la yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma fevralın 5-də saat 13:00-da "Bayıl Arena"da keçiriləcək.

Xəbər 895 dəfə oxundu.