"Neftçala" Almaniya klubuna qalib gəldi
Antalyada təlim-məşq toplanışında olan "Neftçala" ilk yoхlama oyununu keçirib. Birinci divizion təmsilçisi Almaniyanın "Viktoriya" klubunu sınağa çəkib.

"Neftçala" Regional Liqada çıхış edən Berlin klubunu 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Viktoriya" bir neçə gün əvvəl "Sumqayıt"dan ayrılan Kiyan Sultanpurla müqavilə imzalayıb.

Xəbər 859 dəfə oxundu.