AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşib
AFFA İcraiyyə Komitəsinin 2012-ci ildə ilk iclasının vaxtı müəyyənləşib. İdman.com.az saytı affa.az-a istinadən xəbər verir ki, toplantı yanvarın 17-də sat 10:00-da assosiasiyanın inzibati binasında keçiriləcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib (Qeyd edək ki, Premyer Liqamızda hazırda legioner limiti 8+3-dür):

1. AFFA-nın növbəti Konfransının vaxtının müəyyənləşdirilməsi
2. Legioner limiti – Premyer Liqada çıxış edən klubların heyətində 21 yaşadək 1 futbolçunun meydanda olmasının və bununla əlaqədar legioner limitinin 7+4 şəklində təklifinin müzakirəsi
3. AFFA-nın İntizam Komitəsinin “Turan” klubu ilə bağlı müraciəti
4. Digər məsələlər

Xəbər 936 dəfə oxundu.