"Qəbələ"nin futbolçusunun zədəsi ciddi deyil
"Qəbələ"nin hücumçusu Ruslan Fomin Topaz Premyer Liqasının 19-cu turunun "Bakı" ilə oyununda zədələnmişdi. Bu üzdən o, hətta əvəzlənmək məcburiyyətində qalmışdı.
Artıq onun durumuna aydınlıq gəlib. Zədəsi elə də ciddi olmayan Fomin tezliklə məşqlərə başlayacaq və komandasının növbəti oyunlarında meydana çıxa biləcək.

Xəbər 803 dəfə oxundu.