“Moskva Open 2015” beynəlxalq şahmat festivalı
Yanvarın 30-da Rusiyanın paytaxtı Moskva şəhərində ənənəvi “Moskva Open 2015” beynəlxalq şahmat festivalı start götürüb. Festivalda 30 ölkədən 1000-dək şahmatçı öz qüvvəsini sınayır. Yarış bir neçə qrup üzrə ( A-kişiliər arasında, B-qadınlar arasında, D-veteranlar arasında, F-tələbə oğlanlar arasında, G-tələbə qızlar arasında və C-həvaskarlar arasında) keçirilir. Ölkəmizi bu beynəlxalq turnirdə müxtəlif qruplarda Rauf Məmmədov, Ülvi Sadıqov, Ülvi Bacarani, Niyazi Nağdiyev, Rəvan Əliyev, Səbinə İbrahimova, Günay Məmmədzadə və Aydan Höccətova təmsil edirlər.

Festivalda artıq 2-ci turun oyunları başa çatıb. A-qrupunda mübarizə aparan Rauf Məmmədov ilk turu qələbə ilə başa vursa da, ikinci turda rəqiblə sülh bağlayaraq aktivinə 1.5 xal yazıb. Ülvi Sadıqov,Ülvi Bacarani,Niyazi Nağdiyev və Rəvan Əliyevin isə 1 xalı var.

Qadınların turnirində mübərizə aparan Səbinə İbrahimova isə hələlik məğlubiyyətsiz irəliləyir.Beləki İbrahimova 2 oyundan 2 xal toplayaraq liderlər sırasındadır.Günay Məmmədzadə və Aydan Höccətovanın aktivində isə 1 xalı var.

Yarış isveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir və fevralın 8-də başa çatacaqdır.

Xəbər 982 dəfə oxundu.