İstanbul Trabzona güzəştə getdi
Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan Avropa kvalifikasiya turniri aprelin 14-də Türkiyənin Trabzon şəhərində start götürəcək. İdman.com.az saytı xəbər verir ki, əvvəlcədən yarışın İstanbulda təşkil olunması planlaşdırılsa da, Türkiyə Boks Federasiyası Qara Dəniz sahilində yerləşən Trabzona üstünlük verib.

Türkiyə Boks Federasiyasının prezidenti Əyub Gözgec bunu Trabzonda boksun çox sevilməsi və milli komandanın bir çox üzvlərinin bu şəhəri təmsil etməsi ilə əlaqələndirib. Türkiyəyə səfər edən AİBA prezidenti Çinq-Ko Vu Olimpiya oyunlarına lisenziya xarakterli yarışın bu şəhərdə keçirilməsi ilə bağlı rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, Azərbaycan boksçuları Türkiyədəki turnirdə 49, 56, 60, 69 və 81 kq çəki dərəcələrində təmsil olunacaqlar. Beş boksçumuz – Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) artıq London olimpiadasına vəsiqə qazanıblar.

Xəbər 1140 dəfə oxundu.