“Evdə “Azərreyl”ə qalib gəlməkdə çətinlik çəkmədik”
“Azərreyl” bu axşam əla matç keçirdi. Ancaq buna baxmayaraq, biz evdə qələbə qazanmaqda çətinlik çəkmədik”. Bunu “Foppapedretti”nin voleybolçusu Françeska Piççinini deyib.
Komandasının kapitanı Avropa Çempionlar Liqasının V turunda Bakının “Azərreyl” klubuna 3:1 hesablı qələbənin layiqli qazandıqlarını düşünür.

Bu 3 xalla növbəti mərhələyə yüksəlməyi rəsmiləşdirən Berqamo təmsilçisinin lideri azarkeşlərə də minnətdarlığını bildirib: “Bizi dəstəkləmək üçün 1000-ə yaxın fanatımızı oyunun sonunda sevindirdiyimiz üçün şadıq. Biz bu qələbə yaxşı fiziki formada olduğumuzu göstərdik. Həm də hələ gözəl oyunlar nümayiş etdirə bildirdiyimizi sübut etdik”.

Xəbər 938 dəfə oxundu.