Yadigar İmam Kuboku turnirində ilk gün 5 medal qazandıq
İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçirilir. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edir.

Yarışların ilk günündə güləşçilərimiz 2 gümüş və 3 bürünc medal qazanıb.

Gümüş medalları yığmamıza sərbəst güləşçilərdən Şahin Muxtarov (42 kq) və Əliabbas Rzazadə (50 kq) qazandırıb. Digər sərbəst güləşçilərimiz Fazil Həsənov (58 kq) və Orxan Abbasov (63 kq) turnirin bürünc mükafatına sahib olub. Digər bürünc medalı isə yığmamıza yunan-Roma güləşi üzrə yarışlarda Ceyhun Nəsirov (63 kq) qazandırıb.

Xəbər 757 dəfə oxundu.