Millimizin Fransa və İngiltərə ilə oyunlarının vaxtı açıqlandı | |
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda mübarizə aparacaq millimizin keçirəcəyi oyunların vaxtı və stadionlar müəyyənləşib. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız ilk görüşünü martın 26-da, Fransa millisinə qarşı keçirəcək. "Luis Villemer" stadionunda baş tutacaq həmin oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 26 mart 22:30. Fransa – Azərbaycan Sent-Lo (Fransa). "Luis Villemer" stadionu 28 mart 21:30. İngiltərə – Azərbaycan Bayeux (Fransa). "Henry Jeanne" stadionu 31 mart 22:00. Azərbaycan – Danimarka Flers (Fransa). "Stade de Haze" stadionu Qeyd edək ki, oyunların saatı Bakı vaxtı ilə göstərilib. |
|
Xəbər 804 dəfə oxundu. |
|
|