"Məqsədim əsas komandanın start heyətində yer almaqdır"
"Neftçi"nin perspektivli futbolçusu Ağabala Ramazanov klubun rəsmi saytına qarşıdakı hədəfini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, gənc hücumçu başlıca məqsədinin əsas komandanın start heyətində yer almaq olduğunu deyib:

"Antalya hazırlıqları bizim kimi gənc futbolçuların inkişafı üçün əla imkandır. Bizə verilən tapşırıqları ən yaxşı formada yerinə yetirməyə çalışırıq. Məqsədim əsas komandanın start heyətində yer almaqdır. Əvəzedici komandadan olan yoldaşlarımdan da 6-sı burdadır. Yeri gəlmişkən əvəzedicilərdən ibarət komandamız ayın 19-dan Türkiyədə məşqlərə başlayacaq. Bu isə o deməkdir ki, "Neftçi"də yerli futbolçuların inkişafına xüsusi diqqət yetirilir".

Xəbər 944 dəfə oxundu.