"Xəzər Lənkəran"da istirahət başa çatdı
Antalyadan döndükdən sonra komandaya istirahət verən "Xəzər Lənkəran" bu gün bir araya gələcək. Cənub klubu Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşacağı "Simurq"la oyunun hazırlıqlarına bu gün başlayacaq. Bakıda toplaşacaq komanda baş məşqçi Elbrus Məmmədovun başçılığı altında 14:00-dan etibarən "Bayıl Arena"da ilk məşqinə çıxacaq. "Xəzər Lənkəran" - "Simurq" matçı fevraın 1-i, saat 17:00-da keçiriləcək.

Xəbər 806 dəfə oxundu.