"Neftçala" Antalyaya getdi
Qış hazırlığının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçəcək I Divizionun lideri "Neftçala" bu gün səfərə yola düşür. Kamal Quliyevin komandası öncə avtobusla Bakıdan Gəncəyə gedəcək.

Gəncədən isə təyyarə ilə İstanbula ucacaq. İstanbuldan isə komanda yenə təyyarə ilə Antalyaya üz tutacaq. Toplanış 2 həftə nəzərdə tutulub.

Xəbər 819 dəfə oxundu.