“Azərreyl” əvəz matçında uduzdu
Dünən qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının V turuna yekun vurulub. İdman.com.az saytının məlumatına görə, hesabat turunda “D” qrupunda yer alan Bakının “Azərreyl” klubu, İtaliyada yerli “Foppapedretti” ilə qarşılaşıb.

Berqamoda baş tutan matç gözlənildiyi kimi, “dəmiryolçular” üçün çətin keçib. Rəqib ilk 2 setdə Faiq Qarayevin rəhbərlik etdiyi komandanı məğlub edib. Növbəti hissədə bakılılar hesab arasındakı fərqi azalda biliblər.

12 yanvar
V tur

“Foppapedretti” (İtaliya) – “Azərreyl” (Azərbaycan) - 3:0 (25:23; 25:18, 25:21 )
Hakimlər: İqor Porvaznik (Slovakiya), Vassilis Raptis (Yunanıstan)

İlk oyun: “Azərreyl” – “Foppapedretti” - 3:1 (25:15, 25:19, 22:25, 25:22)

Xəbər 977 dəfə oxundu.