"Simurq" futbolçusu ilə yollarını ayırdı
"Simurq" klubu gənc futbolçusu Murad Səttarlı ilə yollarını ayırıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

2012/2013-cü il mövsümündə icarə əsasında klubda forma geyinən Murad, ötən ilin əvvəlində "Qarabağ"dan transfer olunub.

Ümumilikdə, gənc futbolçu karyerası ərzində Premyer Liqada 48 matçda Zaqatala təmsilçisinin şərəfini qoruyub və iki qola imza atıb.

Xəbər 776 dəfə oxundu.