"Qəbələ" Türkmənistan klubu ilə oynayacaq
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxır. Roman Qriqorçukun komandası Türkmənistan çempionatının yüksək liqasında mübarizə aparan “Altın Asır”la (Qızıl əsr) qarşılaşacaq.

Qeyd edək ki, "Qəbələ" bundan öncə Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3, Rusiya “Kuban”ına 0:2 hesabı ilə uduzub. Roman Qriqorçukun yetirmələri “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2, "Haladaş"ı (Macarıstan) 2:0 hesabı ilə məğlub edib.

Yoxlama oyunu
27 yanvar
"Qəbələ" - "Altın əsr"

Xəbər 869 dəfə oxundu.