Azər Qərib: Triatlon Azərbaycanda yeni idman növüdür və bu da məni xüsusilə cəlb edir
Azərbaycanın tanınmış səyyahı Azər Qərib 2015-ci il Avropa Oyunlarında Triatlonun Ulduz səfiri seçilib. Tam əminliklə iddia etmək olar ki, yaxşıların yaxşılarının yarışlarından ibarət ilin ən vacib idman hadisəsi bütün dünyanın diqqət mərkəzində olacaq. Milyonlarla insanın nəzər nöqtəsi həm də triatlona yönələcək. Buna görə də Avropa Oyunlarının səfirlərinin üzərinə xüsusi missiya düşür. Sıx qrafikə baxmayaraq, Azərbaycan hüdudlarından kənarda olsa da, Azər Qərib Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırmaq üçün məmnuniyyətlə vaxt ayırdı.

- Avropa Oyunlarında Triatlon üzrə Ulduz səfir olmağa Sizi nə həvəcləndirdi ilk növbədə?

- Bu təklif mənə Azərbaycan Triatlon Federasiyasının icraçı direktoru Azər Məhərrəmovdan gəldi. Buna görə mən ona hədsiz minnətdaram. Bu təşəbbüsü mən böyük məmnuniyyətlə qəbul elədim, çünki, Avropa Oyunlarının populyarlaşması işində, kiçik də olsa belə, töhfə verməyi özümə şərəf bilirəm. Sözsüz ki, bu Oyunlar ölkəmizin həyatında tarixi hadisə olacaq.

-Seçiminizi niyə məhz triatlon üzərində saxladınız?

-Açığını söyləsəm, idman növünün seçimini mən müəyyənləşdirməmişəm, amma öz növbəmdə deyim ki, bu idman növünü təmsil edəcəyimə hədsiz şadam. Bu, Azərbaycanda yeni idmandır, mənsə həmişə istənilən yeni hadisənin mərkəzində olmağı sevmişəm. Bundan başqa, bu, Olimpiada dissiplinidir, bir sözlə, fəxr etmək üçün çoxlu əsas var.

-Avropa Oyunları ərəfəsində triatlonun təbliğat və təşviqatı üçün hansı işlərin həyata keçirilməsi planlaşdırılır?

-Avropa Oyunlarının səfirləri qarşısında dayanan əsas vəzifə - hansısa dissiplinin Azərbaycanda nəinki daha da kütləviləşdirilməsi, populyarlaşmasıdır, eyni zamanda bütoblükdə idmanın və sağlam həyat tərzinin populyarlaşdırılmasıdır. Səfirlər tələbə və şagirdlərlə mütəmadi görüşlər keçirəcəklər, bir sıra tədbirlərdə, o cümlədən “Avropa Oyunlarına 100 gün qaldı” mərasimində iştirak edəcək, Olimpiya məşəli ilə məsafələr qət edəcəklər, sosial şəbəkələrdə öz fikirləri və mövqelərilə bölüşəcəklər, bir sözlə Avropa Oyunlarnın əsl bayrama çevrilməsi üçün əllərindən gələni edəcəklər. Triatlona gəldikdə isə deyim ki, yarışlar çox gözəl bir məkanda – “Amburan” kompleksində olacaq və mən dostrlarımı, tanışlarımı, tamaşaçıları, oxucularımı və sosial

şəbəkələrdəki abunəçilərimi bu yarışlara aktiv dəvət edəcəm. Qeyd etmək istəyirəm ki, beynəlxalq yarışlardakı çıxış nöqteyi-nəzərindən çox gənc olmasına baxmayaraq, komandamız artıq yüksək mükafatlar əldə edib. Yaxşı əsas qoyulub, mükafatlarımız da axrıncı yox, axarıncı olsun.

-Bəs, triatlon şəxsən Sizin özünüzə, ruhunuza nə qədər yaxındır?

-Uzgüçülüyü deyə bilmərəm, amma vaxtilə mən çox fəalcasına qaçışla məşğul olmuşam, elə veloidmanla da. Ona görə də, dolayısı da olsa, mənim triatlona birbaşa aidiyyatım var (gülür). Bununla yanaşı, indi yenidən qaçmaq və velosiped sürmək üçün əlavə stimulum peyda olub.

-Yaxın vaxtlarda Sizin triatlona dair hər hansı bir statusunuz və ya yazınızı gözləmək olarmı?

-birmənalı şəkildə bəli. Axı, Avropa Oyunlarınadək olan müddətdə və sözsüz ki, Oyunların gedişatında mən mətnlər də yazacam, fotoçəkilişlər də həyata keçirəcəm, bir sözlə əlimdən gələni edəcəm ki, mənim oxucularım Avropa Oyunlarını tək KİV-lərin reportajlarından görməsinlər, bu “mətbəx”lə daha yaxından tanış olsunlar. Özü də nəinki Oyunlar barədə, sözsüz ki, ən başlıcası, triatlon yarışlarından.

Xəbər 1065 dəfə oxundu.