"Rəvan" daha bir təcrübəli futbolçu ilə güclənə bilər
Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu karyerasını birinci divizionda davam etdirə bilər. Onun xidmətində "Rəvan" maraqlıdır.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Saşanın paytaxt klubuna keçməsi ehtimalı yüksək qiymətləndirilir. Yaxın günlərdə müqavilə bağlanması və Yunisoğlunun məşqlərə başlaması gözlənilir.

Xəbər 815 dəfə oxundu.