“Neftçi”nin idman direktoru: Ümid edirik ki, çempionluğumuzu qoruyacağıq
“Neftçi”nin idman direktoru Güloğlan Cabbarov Antalya təlimləri barədə danışıb. İdman.com.az xəbər verir ki, o klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Artıq 2 gündür ki, Antalyadayıq. Komandanın məskunlaşdığı "Mardanspor" oteli sırf bu cür təlimlər üçün nəzərdə tutulub. Burda futbolçuların qalması və məşq etməsi üçün hər cür şərait yaradılıb. Hazırlıq keçdiyimiz "Mərdan" stadionu da "Antalyaspor" klubunun ev oyunlarını keçirdiyi meydançadır. Hazırlığın bu səviyyədə təşkilinə görə klub prezidenti Sadıq Sadıqova minnətdarlığımızı bildiririk.

Yaradılmış şərait məhz onun qayğısı və diqqətinin nəticəsidir. Ümid edirik ki, hazırlıq mərhələsini yüksək səviyyədə başa vurub, çempionatın davamında azarkeşlərimizi daha yaxşı oyunla sevindirib, çempionluğumuzu qoruyacağıq".

Xəbər 1055 dəfə oxundu.