"Rəvan" Salyanda toplanışa başlayır
Salyan Olimpiya Kompleksinin stadionu təmir olunub. "Nurgün Motors"un sahibi Nuru Əliyevin göstərişi ilə. Bu məqsədlə ADBTİA-nın stadionun direktoru Sulduz Salmanov rayona ezam olunub. Təcrübəli mütəxəssisin başçılığı ilə işə başlayan qrup qazona əməlli-başlı "əl gəzdirib".

Ot örtüyü dəyişdirilib, digər çatışmazlıqlar aradan qaldırılıb. Artıq bura yenidən Premyer Liqa oyunlarını qəbul etməyə yararlıdı. Bütün bunlar "Rəvan"ın Olimpiya Kompleksində qalması və məşq etməsi üçündü. I Divizionun iddialı komandası sabahdan Salyanda təlim-məşq toplanışının ikinci mərhələsinə start verəcək.

Xəbər 925 dəfə oxundu.