"Qarabağ" klubu bu gün növbəti matçına çıxacaq
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi bu gün son Polşa çempionu "Legiya" ilə qarşılaşacaq.

Avropa Liqasının 1/16 finalında mübarizəni davam etdirən "Legiya"nın "Qarabağ"la oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk yoxlama görüşündə Xorvatiyanın "RNK Split" klubuna məğlub olub - 1:3. Ardından İsveçrə “Sürix”i ilə heç-heçə edən (1:1) "Qarabağ" son görüşündə "Levski" (Bolqarıstan) klubuna 0:3 hesabı ilə məğlub olub.

27 yanvar

Yoxlama oyunu

16:00. "Qarabağ" (Azərbaycan) - "Legiya" (Polşa)

Xəbər 885 dəfə oxundu.