Stolüstü tennis üzrə TOP-16 turniri keçirilir.
Yanvar ayının 27- 28 tarixlərində “ Şüa “ idman- sağlamlıq kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə ən güclü stolüstü tennisçilər arasında TOP- 16 turnirinə start verilib.Yarışın məqsədi ən güclü 3oğlan və 3 qız idmançısını müəyyən etmək,eləcə də gənclərin stolüstü tennisə marağını artırmaqdır.Tədbir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir.Turnirə yanvar ayının 28-də yekun vurulacaq. Qaliblərə Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaqdır.

Xəbər 950 dəfə oxundu.