Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Bakı Çempionatı və Birinciliyi keçiriləcək
7 fevral tarixində Milli Gimnastika Arenasında ölkənin idman tarixində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Bakı Çempionatı və Birinciliyi keçiriləcək.

Yarışlarda 2004-2006 və 2001-2003-cü il təvəllüdlü gimnastlar, həmçinin milli komandanın üzvləri – senior gimnastlar iştirak edəcəklər.

Gimnastlar fərdi, qarışıq cütlükdə və qrup hərkətləriylə çıxışlar nümayiş etdirəcəklər.

Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi altında inkişaf etdirilən gimnastikanın bir növü olan aerobika 1995-ci ildən mövcuddur. Azərbaycanda isə bu idman növü ötən ildən etibarən inkişaf etdirilməyə başlanılıb.

Xəbər 1097 dəfə oxundu.