"İnter" "Sumqayıt"la oyunun hazırlıqlarına başladı
Türkiyədə təlim-məşq toplanışını başa vuraraq Bakıyaya qayıdan "İnter" hazırlıqlara start verib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda "İnter Arena" stadionunda məşqə çıxıb.

Qeyd edək ki, "İnter" yanvarın 30-da Premyer Liqanın 19-cu turunda evdə "Sumqayıt"ı qəbul edəcək.

Xəbər 988 dəfə oxundu.