Rikelme karyerasını başa vurdu
Argentina futbolunun ən istedadlı futbolçularından sayılan Xuan Roman Rikelme karyerasını başa vurmaq qərarına gəlib: “Artıq yeni həyata başlayıram. Mənim üçün çox vacib bir gündür”, - deyə Rikelme bildirib.

36 yaşlı futbolçu vaxtilə “Boka Xuniors”, “Barselona” və “Vilyarreal” kimi klubların şətərini qoruyub. Onun son komandası isə “Argentinos Xuniors” olub.

Xəbər 805 dəfə oxundu.