Astarada rayon turniri keçirilib
20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş qızlar və oğlanlar arasında kross üzrə (3000 m) Astara rayon turniri keçirilib.

Tədbirdə rayonun ümumtəhsil məktəblərindən Pedaqoji Kollec, Olimpiya İdman Komleksi və digər təşkilatlardan 150 nəfər idmançı iştirak edib.

Turnirdə birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq qızlar arasında Elza Məmmədova (2 saylı t.o.m), Aygün Rzayeva (3 saylı t.o.m), Fatimə Şərbətova (3 saylı t.o.m); oğlanlar arasında Hənif Məmmədov (2 saylı t.o.m), Şıxəli Qasımov (4 saylı t.o.m), Amid Rəhimov (AOİK) yüksək yerlərə layiq görülüblər.

Qaliblər Rayon Gənclər İdman İdarəsinin diplom və medalları ilə təltif olunmuşlar.

Xəbər 730 dəfə oxundu.