Sumqayıtda şəhər birinciliyi keçirilib
16-18 yanvar tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş gənc (1995-97) və yeniyetmə (2001-2003) oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.

Gənclərin yarışında Sabutay Şəmiyev (55kq), Əmrah Bayramov (60kq), Rasid Cabbarov (66kq), Ruhin Əhədov (73kq), Ceyhun Babakişiyev (81kq), Camal Hüseynov (90kq), Sənan Əhmədov (100kq) və Xanoğlan Sadıqov (+100kq) oğlanlar arasında, Şəfəq Həmidova (44kq), Göyçək Əsədova (48kq), Səbinə Abdullayeva (57kq), Fidan Tanriverdiyeva (63kq) və Anaxanım Vahabova (70kq) qızlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yeniyetmələrin yarışında isə Nicat Ağazadə (30kq), Şirin Şirəliyev (34kq), Mirağa Hacıyev (38kq), Orxan Cavadlı (42kq), Tahir Nəsibov (46kq), Zaməddin Poladov (50kq), Nurlan Bədirov (55kq), İlkin Mirzəliyev (60kq), Zaur Məmmədov (66kq) və Toğrul Salmanov (+66kq) oğanlar arasında, Səbinə Əliyeva (36kq), Əfsanə Daanova (40kq), Şahnaz Əsgərova (44kq), Aişə Hüseynova (48kq) və Suzanna Əzizzadə (57kq) qızlar arasında birinciliyin qalibi olublar.

Sonda qaliblər şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Xəbər 904 dəfə oxundu.