Azəryol Çempionlar liqasının playoff-una vəsiqə qazandı
Azəryol Çempionlar liqasının playoff-una vəsiqə qazandı

Azərbaycan Super Liqasının gümüş medalçısı “Azəryol” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxıb. Bakı təmsilçisi Voleybol Mərkəzində Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib.

Qarşılaşma komandamız üçün vacib əhəmiyyət daşısa da, voleybolçularımız məğlubiyyətdən qaça bilməyiblər. Pley-offa 2 vəsiqədən birini hələ ötən turdan təmin edən rəqib hər 3 setdə inamlı təsir bağışlayaraq, Bakı klubunda ikinci matçda da 3 xal alıb.

Düzdü, “Azəryol” birinci və üçüncü hissələrdə Çempionlar Liqasında mövsümün yeganə məğlubiyyət acısı yaşamayan komandasına ciddi müqavimət göstərib. Lakin yekunda rəqibin dəqiqliyi 5-ci sınağından da qalib ayrılmasını rəsmiləşdirib.


Çempionlar Liqası
V tur
21 yanvar
“Azəryol” (Azərbaycan) – “Fənərbağça” (Türkiyə) - 0:3 (20:25; 15:25; 24:26)
Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Kovar Vlastimil (Çexiya)
Bakı, Voleybol Mərkəzi

“Stinta” (Rumıniya) – “Nant” (Fransa) - 3:1

Xəbər 1027 dəfə oxundu.