Stolüstü tennisçilərimiz İranda IV Fəcr Kubokunda iştirak edəcəklər
Cari ilin 17- 20 yanvar tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində IV Fəcr Kuboku uğrunda yarışlar keçiriləcəkdir. Milli yığma komandanın 4 kişi və 4 qadından ibarət üzvləri sözügedən tədbirə qatılmaq üçün yanvar ayının 16- da Tehran şəhərinə yola düşürlər. İdmançılarımıza məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasova rəhbərlik edəcəklər. Kubok yarışlarında Rusiya, Belorus, Türkmənistan, Macarıstan, Cənubi Koreya,Livan, İraq, Əfqanıstan, İndoneziya, Almaniya, Serbiya ölkələrinin idmançılarının gəlişi gözlənilir.

Xəbər 915 dəfə oxundu.