Cari mövsüm üçün futbol qaydaları Azərbaycan dilinə tərcümə olunub
Ölkəmizdə keçirilən müxtəlif çempionatlarda iştirak edən hakimlərin nəzəri biliklərinin artırılması məqsədilə FİFA-nın 2014/2015-ci il mövsümü üçün futbol oyun qaydaları AFFA tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. FİFA-nın futbol oyun qaydaları 2011-ci ildən başlayaraq hər il Azərbaycan dilinə tərcümə edilir və AFFA tərəfindən nəşr olunaraq, hakimlərə, hakim-inspektorlara, Topaz Premyer Liqası və I divizion klublarına verilir.

Xəbər 875 dəfə oxundu.