Millimizin məşqçiləri daha iki oyun izlədilər
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan millimizin məşqçiləri daha 2 oyunu izləyiblər.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Robert Prosineçkinin köməkçilərindən Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç və Faiq Əzizov, həmçinin U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə ilə köməkçisi Babək Alxasov “İnter” - “Energi” (Almaniya) yoxlama görüşünə (1:1) baxıblar.

Mahmud Qurbanov, Yanko Yankoviç, Faiq Əzizov, Yaşar Vahabzadə və Babək Alxasov isə “Simurq” – “Şaxtyor” (Qazaxıstan) (3:1)
oyununu izləyiblər.

Xəbər 840 dəfə oxundu.