"Simurq"-"Şaxtyor" oyunu təxirə salındı
Məlum olduğu kimi, "Simurq" bu gün qış-təlim məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirməli idi. Ancaq qardaş ölkədə hazırda əlverişsiz hava şəraitinin davam etməsilə əlaqədar, Zaqatala təmsilçisinin Qazaxıstanın "Şaxtyor" klubu ilə oyunu baş tutmayacaq. Güclü yağış qarşılaşmanın keçiriləcəyi meydançanı yararsız vəziyyətə gətirib.

Komandanın növbəti yoxlama görüşü isə yanvarın 15-nə nəzərdə tutulub. "Simurq"un rəqibi Almaniyanın "Dyusburq" kollektivi olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək və "Arkadia İdman Mərkəzi"nin meydançasında keçiriləcək.

Xəbər 783 dəfə oxundu.