Kriştiano Ronaldo ilin ən yaxşı futbolçusu seçilib
Ronaldonun bu gün "Qızıl top"u qazanmasından sonra Real Madrid futbolçusunun bu mükafatı qazanmasına görə 2-ci yerə yüksəlib. Bu vaxta qədər Madrid Realının futbolçusuna 8 dəfə mükafat verilib. Ronaldonun 2 dəfə qazanması ilə bərabər "Qızıl top"u Di Stefano 2 dəfə , Kopa , Fiqu və Ronaldo qazanıb. Bununla da klubun "Qızıl top"larının sayı 8-ə bərabərdir. Bununla da Real Milan və Yuventusa çatıb. Turin təmsilçisində Platini 3 dəfə , Nedved , Zidan , Badjo və Sivori də bir dəfə ilin futbolçusu seçiliblər.Milanda isə Van Basten 3 dəfə , Rivera, Şevçenko , Qullit , Vea və Kaka "Qızıl top"a sahib çıxıblar.Onlardan başqa Bavariyanın da aktivində 5 ilin futbolçusu var. Belkkenbauer və Rummenigge hərəyə iki dəfə , Müller isə bir dəfə Münxen klubuna baş ucalığı gətirib.

Ən çox ən yaxşı seçilən futbolçu isə Barselonada olub. Messinin 4 mükafatından əlavə 2 dəfə Kroyf, 1 dəfə isə Ronaldinyo , Rivaldo və Stoiçkov və Suares "Qızıl top"a sahib çıxıblar.

Xəbər 896 dəfə oxundu.