"Qarabağ" Antalyada hazırlığa başladı
“Qarabağ” 2015-ci ildə hazırlıq prosesinə start verib. Komanda baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında bu gün Antalyada ilk məşqinə çıxıb. Bugünlərdə övladının dünyaya gəlməsi səbəbində icazəsi olan braziliyalı Riçard Almeyda və komandanın düşərgəsinə gecə saatlarında qoşulan Rəşad Sadıqov istisna olmaqla, komandanın bütün üzvləri məşqdə iştirak ediblər. Almeyda yanvarın 17-də Antalyaya gedəcək və komandası ilə məşqlərə başlayacaq.

Xəbər 777 dəfə oxundu.