"Qəbələ" afrikalı futbolçunu bəyənmədi
"Qəbələ"nin malili hücumçu Ulissa Diallonu baxışdan keçirdiyini xəbər vermişdik. Sözügedən futbolçu komandanın heyətində bir neçə məşqə çıxıb. Amma Portuqaliyanın "Aruka" klubundan gələn hücumçu məşqçilər korpusunun diqqətini çəkə bilməyib. Bu üzdən də o, geri qaytarılıb.

Xəbər 835 dəfə oxundu.